İT xidmətləri, internet texnologiyaları sahəsində təqdim olunan peşəkar xidmətlər bütünüdür. Müasir dövrümüzdə şirkətlərin böyüməsi, səmərəliliyi və rəqabət qabiliyyətini artırması üçün kritik bir əhəmiyyət kəsb edir. İT xidmətləri, bizneslərin texnoloji infrastruktunu idarə etmələrinə, effektivliyi artırmalarına və mümkün olan təhlükələri önləmələrinə köməkçi olur.
İT xidmətləri, həm avadanlıq həm də proqram təminatı həlləri olaraq əsas 2 qrupdan ibarətdir. Məsələn serverlər, kamera nəzarət sistemləri, ip telefoniya qurğuları, giriş nəzarət sistemləri və s. avadanlıq hissəsinə aiddir. Yuxarıda qeyd olunan avadanlıqların idarəetmə proqramları, habelə kompüterlərinizin sistem və müxtəlif proqram ehtiyacları isə İT xidmətləri sektorunun proqram təminatı hissəsi hesab olunur.
Avadanlıqların quraşdırılması və idarəsi: Fiziki serverlər, şəbəkə qurğuları, təhlükəsizlik kameraları, giriş nəzarət turniketləri və s. kimi avadanlıq komponentlərinin quraşdırılması və effektiv formada idarə edilməsini əhatə edir.
Proqram təminatı: Bizneslərin müxtlif irili-xırdalı ehtiyaclarına yönəlmiş xüsusi proqramların hazırlanması, mövcud proqramların yenilənməsi və integrasiyası biznes proseslərini optimallaşdırmaq üçün kritik bir rol oynar.
Şəbəkə idarəetməsi: Şəbəkə infrastrukturunun dizaynı, quraşdırması və idarəetməsi, təhlükəsiz və sürətli bir kommunikasiya təmin etmək üçün lazımdır.
Kiber Təhlükəsizlik: İnformasiyaların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik divarları, antivirus proqramları, şifrələmə və müntəzəm təhlükəsizlik auditi kimi tədbirlər aiddir. Bu İT xidmətləri, müəssisələrin görünməyən, amma son dərəcə təhlükəli kiber hücumlara qarşı qorunmasını təmin edir.
Bulud xizmətləri: Bulud (cloud), dataların saxlanması, ehtiyat baza qorunmasını ifadə edir əsasən. Bizneslər, bulud həlləri sayəsində resurlarını daha məhsuldar istifadə edə bilirlər.
Həftənin və günün istənilən vaxtında sizə texniki məsafədən və yerində dəstək göstərərək bütün problemlərinizi həll edirik.
Təqdim etdiyimiz qiymətlər həm sizi daimi işçi tutmağın xərcindən azad edəcək, həm də vergi öhdəliyiniz yaranmayacaq.
Şirkətinizin texnologiya avadanlıqlarının idarə edilməsi, nasazlıqların aradan qaldırılması, proqram təminatının hazırlanması.
Verilən tapşırıqlar və yaranan problemlər ən qısa zamanda həll edilib təhvil verilərək vaxtınıza qənaət etməyiniz üçün imkan yaradacaq.
Kiçik biznes üçün
Orta biznes üçün
Böyük biznes üçün
“GeekSpace” öz peşəkar mütəxəssis heyəti ilə şirkətinizin ehtiyac duyduğu hər növ texnologiya üzrə yüksək səviyyəli İT Autsorsinq xidməti təklif edir və eyni zamanda günün 24 saatı və həftənin 7 günü ərzində hər cür texniki dəstək göstərməyə zəmanat verir. Şirkətinizin bütün İT məsələlərini bizə həvalə etməklə həm şirkətinizin informasiya təhlükəsizliyini zəmanət altına almış olacaq, həm də peşəkar heyətimiz tərəfindən ən yüksək xidməti görməklə biznesinizin də inkişafını sürətləndirmiş olacaqsınız.