Şirkətlər üçün video nəzarət

Ən geniş yayılmış mühafizə sistemi olan videomüşahidə sistemləri ilə sadəcə şirkətinizin təhlükəsizliyini qorumaqla qalmırıq, həmçinin şirkət daxili əlaqələrin gücləndirilməsinə, idarəetmə sisteminin asanlaşdırılmasına da kömək edirik.

Şirkətimiz bu sahədə hal-hazırda bazarda ən yüksək keyfiyyətli CCTV sistemləri təqdim edən brendlərlə əməkdaşlıq edərək iş yerinizin, işçilərinizin və biznesinizin tam şəkildə qorunmasına şərait yaradır. Təhlükəsizliyin davamlılığı və kəsintisiz olmasını təmin etmək üçün bu sistemlərin düzgün şəkildə quraşdırılmasına, kabellərin və elektrik cərəyanının sistemə uyğun şəkildə təşkil edilməsinə nəzarət edirik.

Kameraların quraşdırılması zamanı şirkətinizin güvənliyini maksimum səviyyəyə çıxarmaq üçün ən uyğun yerlər seçilir, ən yüksək keyfiyyətə sahib görüntü və səs çıxışlarının əldə edilə biləcəyi cihazlar quraşdırılır, eyni anda bütün ərazilərin monitorinqin aparılmasını mümkün edən idarəetmə sistemi yerləşdirilir və sistemlə bağlı yarana biləcək hər cür suallarınız cavablandırılaraq istifadənizə verilir.

“Geekspace” tərəfindən ən son texnologiyalara sahib, yüksək keyfiyyətli videomüşahidə sistemləri düzgün və səliqəli formada şirkətiniz üçün quraşdırılması ilə mühafizə problemləriniz bir dəfəlik həll olacaq.

Niyə bizi seçməlisiniz

Geekspace İT şirkəti rəqibləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Buna görə də bizi həm böyük təşkilatlar, həm də təcrübəsiz istifadəçilər seçirlər.

  1. Dürüstlük və şəffaflıq. Müştərilərimizin etibarı bizim üçün önəmlidir. Biz şəffaf şərtlərlə işləyirik və müştərinin maraqlarını nəzərə almağa çalışırıq.
  2. Mürəkkəb layihələrlə işləmək. Qeyri-standart həllər istənilən planı həyata keçirməyə kömək edir. Biz müştərinin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alacağıq və problemin həlli üçün effektiv üsul seçəcəyik.
  3. Təkmilləşdirmə. İT texnologiyaları hələ də dayanmır. Mütəxəssislərimiz mütəmadi olaraq öz səviyyələrini artırır, tərəfdaşlar və həmkarları ilə təcrübə mübadiləsi aparır və zamanla ayaqlaşırlar. Müştərinin problemini həll etmək üçün yalnız standart alətlərdən deyil, həm də ən müasir texnologiyalardan istifadə edirik.
  4. Çox yönlülük. Şirkətimizin fəaliyyət dairəsi kifayət qədər genişdir. İstənilən problem İT sahəsi ilə bağlıdırsa, biz sizə kömək edəcəyik.
  5. Prestij. Geekspace IT şirkəti bir çox ölkələrdə tanınır. Qlobal brendlər artıq bizim tərəfdaşlarımıza çevrilib. Biz onların etimadını qazanmışıq. Komandamızın peşəkarlığını qiymətləndirmək növbəsi sizdədir.