Korporativ şəbəkələrin təhlükəsizliyi

Düzgün və peşəkar formada qurulmuş şəbəkə hər bir müəssisə üçün ən əsas element hesab edilir. Həm şirkət daxili ünsiyyətdə, həm də şirkətin əməkdaşları ilə olan münasibətdə keyfiyyətli əlaqələr qurulmasının mümkün olması üçün təhlükəsiz və davamlı işləyən şəbəkə çox vacibdir. Şirkətimiz sizin müəssisə üçün ən uyğun şəbəkə sistemi qurmaqla yanaşı, həmçinin onun təhlükəsizliyinin qorunması və monitorinqi üçün də münasib xidmətlər təklif edir.

Biz səhiyyə, hüquq və maliyyə xidmətləri də daxil olmaqla hər sahədə fəaliyyət göstərən bizneslər üçün şəbəkə təhlükəsizliyi həlləri təqdim edirik. Şirkətimizin innovativ texnologiya məhsullarından və müəyyən edilmiş təcrübəsindən istifadə edərək, biznes məlumatlarınızın təhlükəsizliyi ehtiyaclarınıza cavab verəcək fərdiləşdirilmiş və sadələşdirilmiş həll variantı yaradırıq. Bu sayədə siz tətbiqlərə nəzarət edə, hesabatları optimallaşdıra bilə və təhlükəsizlik təhdidlərindən tam qorunan şəbəkə arxitekturası üçün şifrələmə metodundan istifadə edə biləcəksiniz.

Mütəxəssislərimiz şəbəkə təhlükəsizliyi auditi həyata keçirərək şirkətinizi etibarlı şəbəkə təhlükəsizliyi monitorinqi xidmətləri ilə təchiz edirlər. Bir sıra aparıcı şəbəkə və kibertəhlükəsizlik şirkətləri ilə tərəfdaşlıq edən “Geekspace” monitorinq, ehtiyat nüsxə, şəbəkə təhlükəsizliyinin idarə edilməsi kimi xidmətlərin olduğu hərtərəfli dəstək planı ilə İT infrastruktrunuzu və şəbəkənizi qoruyur.

Müəssisənizin daxili məlumatlarının, datalarınızın qorunması, o cümlədən kibertəhlükələrdən uzaq tutulması üçün ən yüksək şəbəkə və kibertəhlükəsizlik xidmətini alacağınıza tam zəmanət veririk.

Niyə bizi seçməlisiniz

Geekspace İT şirkəti rəqibləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Buna görə də bizi həm böyük təşkilatlar, həm də təcrübəsiz istifadəçilər seçirlər.

  1. Dürüstlük və şəffaflıq. Müştərilərimizin etibarı bizim üçün önəmlidir. Biz şəffaf şərtlərlə işləyirik və müştərinin maraqlarını nəzərə almağa çalışırıq.
  2. Mürəkkəb layihələrlə işləmək. Qeyri-standart həllər istənilən planı həyata keçirməyə kömək edir. Biz müştərinin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alacağıq və problemin həlli üçün effektiv üsul seçəcəyik.
  3. Təkmilləşdirmə. İT texnologiyaları hələ də dayanmır. Mütəxəssislərimiz mütəmadi olaraq öz səviyyələrini artırır, tərəfdaşlar və həmkarları ilə təcrübə mübadiləsi aparır və zamanla ayaqlaşırlar. Müştərinin problemini həll etmək üçün yalnız standart alətlərdən deyil, həm də ən müasir texnologiyalardan istifadə edirik.
  4. Çox yönlülük. Şirkətimizin fəaliyyət dairəsi kifayət qədər genişdir. İstənilən problem İT sahəsi ilə bağlıdırsa, biz sizə kömək edəcəyik.
  5. Prestij. Geekspace IT şirkəti bir çox ölkələrdə tanınır. Qlobal brendlər artıq bizim tərəfdaşlarımıza çevrilib. Biz onların etimadını qazanmışıq. Komandamızın peşəkarlığını qiymətləndirmək növbəsi sizdədir.