Strukturlaşdırılmış kabel sistemi ümumi şəbəkə investisiyasının kiçik bir hissəsini təşkil etsə də, şəbəkə səmərəliliyinin təxminən 80%-ni təşkil edir. Bu səbəbdən də, hər növ informasiya xidmətlərini vahid sistemdə cəmləşdirən və universal məlumat ötürmə bazası olan strukturlaşdırılmış kabel sistemi bütün müasir müəssisələrdə telekommunikasiya sisteminin əsası hesab olunur.
Günümüzün sürətli iş mühitində müəssisələr getdikcə öz şəbəkələrinə daha çox və daha çeşidli məlumat proqramları yerləşdirmək məcburiyyətində qalırlar. Bu isə öz növbəsində kommunikasiya texnologiyasını dəstəkləyən infrastrukturun daim işlək və hazır vəziyyətdə olması tələbini yaradır.
Strukturlaşdırılmış kabel sistemi şirkətin bütün naqil infrastrukturunu mütəşəkkil saxlamaqla naqillərin qarışıqlığın qarşısını alacaq şəkildə quraşdırılmasına kömək edir. Bu sayədə şəbəkədə hərhansı bir problem yarandıqda, kabel bağlantılarında problem olub-olmadığını yoxlamaq olduqca asan olacaq. Kabellərdə hərhansı bir nasazlıq olduqda mövcud şəbəkənin bütövlükdə əvəz olunmasına ehtiyac olmadan dəyişikliklər edilə biləcək və problemə səbəb olan kabellər tez bir zamanda dəyişdirilə biləcək. Bu həm də təmir və dəyişikliklər zamanı insan səhvi ehtimalını azaldaraq şirkətin vəsaitlərindən daha yaxşı istifadə etməyə imkan verir.
Peşəkar və təcrübəli mütəxəssislərimiz tərəfindən simli şəbəkə infrastrukturunuzun planlaşdırması, layihələndirilməsi və quraşdırması ən yüksək səviyyədə həyata keçirilir. Quraşdırıldıqdan sonra sisteminizə texniki qulluğun göstərilməsi, yaranan problemlərin həll edilməsi və lazım olduqda təkmilləşdirməsi də sizə təklif etdiyimiz xidmətlərə daxildir. Tətbiq olunan sistemlərin etibarlı, davamlı və təhlükəsiz olmasına tam zəmanət veririk.
Geekspace İT şirkəti rəqibləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Buna görə də bizi həm böyük təşkilatlar, həm də təcrübəsiz istifadəçilər seçirlər.